Merkeldən çağırış: “İngilislərin AB ölkələrinə girişi qadağan edilsin”


Merkeldən çağırış: “İngilislərin AB ölkələrinə girişi qadağan edilsin”
Almaniya liderinin təklifi AB Siyasi Böhrana Mübarizə Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək
 
Almaniya Kansleri Angela Merkel koronavirusa qarşı peyvənd olunmasından asılı olmayaraq, İngiltərə vətəndaşlarının Avropa Birliyi (AB) ölkələrinə daxil olmasının qadağan edilməsini vacib sayır. AYNA xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
 
Qəzetin yazdığına görə, Merkel COVID-19-un “Delta” variantının yüksək yayılma riskinə görə İngiltərəni "narahat ölkə" elan etməkdə israrlıdır. Almaniya liderinin təklifi AB Siyasi Böhrana Mübarizə Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.
 
Nəşrin yazdığına görə, bəzi AB üzv dövlətləri Almaniya Kanslerinin çağırışları ilə razılaşmır. Xüsusilə, bunlar İngiltərədən gələn turistlərin gəlir verəcəklərinə ümid edən İspaniya, Yunanıstan, Portuqaliya, Kipr və Maltadır. İngiltərə hökumətindəki bir mənbəyə görə, bu ölkələrin səlahiyyətliləri Berlinin onlar üçün belə bir qərar verməməsi lazım olduğuna əmindirlər.
 
Qeyd edək ki, iyunun 24-də Avropa Xəstəliklərin qarşısının alınması və İdarəetmə Mərkəzi rəhbəri koronavirusun Hindistan ştammının – “Delta”nın bütün Avropa ölkələrinə sürətlə yayılacağını proqnozlaşdırıb. Həkim 2021-ci ilin avqust ayına qədər Avropa ərazisindəki COVID-19 yoluxmalarının yüzdə 90 faizinin “Delta” variantı olacağını qeyd edib. Mütəxəssis peyvənd olunmuş gənclər arasında infeksiyaların kəskin artacağını da proqnozlaşdırıb.
Tarix: 28-06-2021, 14:04
Xəbəri paylaş



Xəbər lenti