ABŞ-ın paytaxtı Vaşinqtonda Türk Demokratiya Layihəsi adlı təşkilat qurulub.Axar.az xəbər verir ki, təşkilatı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton, eks-prezident Corc Buşun qardaşı Ceb Buş, İtaliyanın keçmiş xarici işlər naziri Ciulio Terzi di Santaqata, Mark D.Valles, keçmiş senator Cozef Liberman, eks-prezident Corc Buşun eks-müşaviri Frensiz Taunsend, Kolumbiya Universiteti İnsan Haqları Araşdırma İnstitutunun Sülh İnşası və Haqlar Proqramının direktoru David L.Filips yaradıb.
Təşkilatın yaradıcıları arasında Fətullah Gülənə yaxınlığı ilə seçilən Süleyman Özərənin də yer aldığı vurğulanıb. Bununla bərabər təşkilatda Türkiyənin axtarışa verdiyi FETÖ-çu Aykan Ərdəmir də yer alıb.
Təsisçilər yeni təşkilatın məqsəd və vəzifələrinin Türkiyədə demokratiyanı təşviq etmək olduğunu bildiriblər.
Tarix: 25-06-2021, 23:38