“Türkiyəsiz NATO-ya mövcudluğunu qoruyub saxlamaq çətin olacaq”


“Türkiyəsiz NATO-ya mövcudluğunu qoruyub saxlamaq çətin olacaq”
Ərdoğan NATO sammitinin yekunlarını şərh edib
 
NATO Türkiyəsiz alyansın mövcudluğunu təhdid edən çətinliklərlə qarşılaşacaq.
 
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telemüraciətində bildirib.
 
“Türkiyəsiz NATO-ya yalnız öz gücünü qoruyub saxlamaq deyil, həm də mövcudluğunu qoruyub saxlamaq çətin olacaq. Türkiyə alyans qarşısında öz öhdəliklərini tam yerinə yetirir. O, [Türkiyə] NATO-nun qorunmasının vacibliyini qəbul edir, baxmayaraq ki, özünə ən çox dəstək lazım olduğu bir vaxtda tək qalmışdı”, - Ərdoğan iyunun 14-də Brüsseldə keçirilmiş NATO sammitinin yekunlarını şərh edərkən deyib.
 Onun sözlərinə görə, regional böhranlarda - İraqdan Suriyaya, Fələstindən Liviyaya qədər NATO ondan gözlənilən güclü iradəni nümayiş etdirə bilməyib.
 
“Sammitin gedişində danışıqlar zamanı biz bir daha “pis terrorçu, yaxşı terrorçu” anlayışının düzgün olmadığına diqqət çəkdik”, - deyə qeyd edən Ərdoğan əlavə edib ki, NATO-nun ölkənin cənub sərhədlərində Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə mübarizəyə daha səmimi və güclü töhfə verəcəyini gözləyir.
Tarix: 22-06-2021, 13:59
Xəbəri paylaş



Xəbər lenti