Təhlükəli bir vəziyyət yaranır, elə bir vəziyyət ki, kimsə də doğru çıxış yolu tapa bilmir Rusiya Hindistan ştammı Rusiyanı bürüyür. Ölkədə koronaya yoluxanların 70% -dən çoxu onun payına düşür. Virus genomları haqda məlumat toplayan GISAID platformu verir bu rəqəmləri. Rusiya Delta-ştammın ciddi fəsadlar törədəcəyindən ehtiyat edir. • Hindistan mutasiyası daha yoluxucudur və orqanizm üçün daha ağır nəticələr yaradır. • Yoluxanlarda qanda laxtalanmalar əmələ gəlir, insultlar yaranır, qanqrenlər, ağciyər arteriyalarının tromboemboliyaları inkişaf edir, psixika pozulur, eşitmə pisləşir. Gənc yaşda olan xəstə sayıları artır. • Rusların Qamaley Mərkəzi «Sputnik V» peyvəndinin effektivliyinin Hind ştammı qarşısında 2 dəfə azaldığını deyir. • Rusiyanın yenidən korona girdabına yuvarlanmasının əsas səbəbi peyvəndlənmənin olduqca aşağı səviyyədə həyata keçirilməsidir.
Türkiyə Moskvadan Antalyaya xüsusi bir heyət gəlib. Bu heyət 2 gün ərzində Antalya xəstəxanalarını, səhiyyə mərkəzlərinin monitorinqini apararaq, Türkiyədəki mövcud vəziyyət haqda hesabat hazırlayacaq. Bu hesabata əsasən Rusiya turistlərinin Türkiyə kurortlarına gəlməsinə icazə verəcək.
Paradoks və müəmmalar Qəribə bir paradoks yaranıb. Bir ay əvvəl Rusiya koronanı bəhanə edərək turistlərə Türkiyə gəlməyə qadağa qoydu. Əsas səbəb isə Türkiyənin Krım məsələsində rəsmi Kiyevin yanında olduğunu söyləməsi idi. İndi isə Rusiya daxilində artan narazılıqlar və ruslaın Antalya olmadan istirahət edə bilməyəcəni nəzərə alaraq sərhədləri açmaq istəyirlər. Ancaq bu səfər də Rusiyada yayılan Hind ştammı rus turistlər tərəfindən Türkiyəyə gətiriləcək. Türkiyənin isə öz növbəsində rus turistlərə ehtiyacı var, turizm ölkənin başlıca valyuta mənbəyidir. Təhlükəli bir vəziyyət yaranır, elə bir vəziyyət ki, kimsə də doğru çıxış yolu tapa bilmir…
Tarix: 18-06-2021, 17:14