Maşınlar su altında qaldı - FOTO



Krımda leysan yağışları güclü sel və daşqınlara səbəb olub.

Pravda.az xəbər verir ki, Krımın Kerç və Yalta şəhərlərində güclü leysan yağışları sel və daşqınla nəticələnib, şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Hər iki şəhərdə fövqəladə vəziyyət elan olunub. Yalta şəhərinə 6 saat ərzində aylıq normaya bərabər yağıntı düşdüyü bildirilir. Yalta administrasiyasının rəhbəri Yanina Pavlenko şəhərin girişinin insanların təhlükəsizliyini təmin etmək üçün daşqın səbəbiylə bağlandığını söyləyib. Belə ki, aramsız yağışlar şəhərdə çayların məcrasından çıxmasına yol açaraq maşınların və insanların hərəkətini mümkünsüz edib. 

Bundan əlavə şiddətli yağışlar Aluşta, Simferopol, Sevastopol, Evpatoria şəhərlərində də davam edir. Proqnozlara görə, bu şəhərlərdə yağışlar cümə gününün ikinci yarısında siklonun hərəkətini cənub-qərbə doğru dəyişməsi ilə dayanacaq.

Sinoptiklər hava şəraitinin yalnız 21 iyunda tam normallaşacağını proqnoz verir.
 




 
Tarix: 18-06-2021, 17:10
Xəbəri paylaş



Xəbər lenti