ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi adlandırıb. Pravda.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib.
“Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir”, - deyə Bayden bildirib.
ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.
C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.
Tarix: 15-06-2021, 09:03