Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini (NATO ölkələrindən birinə hücum bütövlüklə alyansa hücum hesab olunur) «müqəddəs borc» hesab edir.Bu barədə o, iyunun 13-də G7 ölkələri sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
Bayden həm də bəyan edib ki, ABŞ NATO-ya daha müttəfiqlərini pula görə müdafiə edən alyans kimi baxmır. Onun sözlərinə görə, blok ümumi təhlükəsizlik üçün lazmdır.
«Mən, tezliklə Brüsselə yola düşəcəm - orada NATO-nun iclası keçiriləcək. Burada iştirak edənlərin bir çoxu danışıqlar masası arxasında əyləşəcək. Biz, daha NATO-ya pul müqabilində müdafiəçi kimi baxmırıq. Biz, hesab edirik ki, alyans bizim ümumi təhlükəsizliyimiz üçün vacibdir» - ABŞ prezidenti bildirib.
Tarix: 14-06-2021, 08:27