Ermənilər kimə səs verəcəklər: Köçəryana, yoxsa Paşinyana? – YENİ SORĞU


Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, sorğuda vətəndaşlardan “Bu bazar seçki olsa kimə səs verərdiniz?” soruşulub.
Sorğuda iştirak edənlərin 13,4%-i  seçkidə iştirak etməyəcəklərini bildiriblər. 
Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:
22,4% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına
20,6% - Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna
4,2% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına
3,9% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna
2,9% – “İşıqlı Ermənistan” partiyasına
2,1% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına
Digər partiyalar və bloklar 2%-dən də az səs toplayıb.
Məlumat üçün bildirək ki, “Gallup”-ın bir həftə əvvəl keçirdiyi sorğunun nəticəsi aşağıdakı kimi olub:
22,9% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına
17,5% - Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna
3,8% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına
2,8% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına
2,7% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna
2,3% – “İşıqlı Ermənistan” partiyasına
Tarix: 6-06-2021, 23:25
Xəbəri paylaş



Xəbər lenti