Ərdoğan xoş xəbər verdi: PKK-nın terrorçu “başçı heyəti”ni MİT ələ keçirib






PKK terror təşkilatının “yüksək səviyyəli” terrorçularından biri Suriyada Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həbs edilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan özünün rəsmi Twıtter səhifəsində yazıb.

Türkiyə Prezidenti “Burada millətimizə xoş bir xəbər vermək istəyirəm. Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri "Doktor Hüseyin" kod adlı Selman Bozkır, dünən Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib” deyə Twıtter səhifəsində yazıb.

R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bütün dostlara millətim adından təşəkkür edirəm. Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün "inkubasiya mərkəzi" kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”.
Tarix: 6-06-2021, 23:06
Xəbəri paylaş



Xəbər lenti