“Bayden kəskinləşən münasibətləri düzəltməyə gedir” - Bakıdan dəyərləndirmə
ABŞ prezidenti Co Baydenin Avropa səfəri başlayır. Ağ Evdən cümə axşamı ABŞ Prezidenti Co Bayden iyunun ortalarında Avropaya səfər edəcəyini bildirib. Bu, Baydenin vəzifəsinin icrasına başlamasından bəri xaricə ilk rəsmi səfəri olacaq.
Yanvarın 20-də prezident kürsüsünə oturan Bayden iyunun 10-dan 16-dək edəcəyi səfəri zamanı Britaniya, Belçika və İsveçrədə dünya liderləri ilə görüşəcək.
“Bu səfər Amerikanın ittifaqları bərpa etmək, Trans-Atlantik münasibətləri canlandırmaq, müttəfiqlərimiz və çoxtərəfli tərəfdaşlarımızla qlobal problemləri həll etmək, Amerikanın maraqlarını daha yaxşı təmin etmək üçün sıx iş birliyini etmək öhdəliyini vurğulayacaq”, - deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Səfər Avropa-ABŞ münasibətlərinə hansı töhfəni verəcək? Regional konfliktlər daha da şiddətlənəcək, yoxsa əksinə? Bəs Azərbaycana hansı təsirləri ola bilər? Bayden səfərin sonunda Putinlə görüşməlidir. İki prezidentin təması MDB məkanındakı konfliktlərə hansı yöndən təsir göstərə bilər?
“Yeni Müsavat”a danışan ekspert Əhəd Məmmədli hesab edir ki, Amerika siyasətində hər zaman eyni məqamlar diqqət çəkib: “Biz hər zaman görmüşük ki, respublikaçılar daha çox daxili siyasətə önəm veriblər. Demokratlar isə xarici siyasəti ön plana çəkiblər. Hazırda da hakimiyyət demokratların əlindədir. Trampın dövründə biz müşahidə edirdik ki, daxillə bağlı qərarlar qəbul edilir və Avropa ilə münasibətlər kəskinləşir. Hazırda onun dövründə kəskinləşən münasibətləri Bayden düzətməyə gedir. Yəni səfərin əsas mahiyyətini bu cür xarakteristika etmək olar. Amerikanın Fransa, Almaniya, hətta Böyük Britaniya ilə bəzi narazılıqları var. Bunları aradan qaldırmaq üçün Bayden səfərə başlayır. Eyni zamanda məqsəd NATO-nun Avropada daha da güclənməsinə nail olmaqdır. ABŞ-Avropa Birliyinin əvvəlki müstəviyə gəlməsi hesablanır. Eyni zamanda, hesab edirəm ki, bu, ABŞ-AB-nin NATO çərçivəsində Rusiya və Çinə, hətta Türkiyəyə qarşı gələcəkdə ola biləcək siyasi halların qarşısını almaq üçün hesablanıb”.
Bu səfərin regiona, Azərbaycana təsirləri barəsində danışan ekspert hesab edir ki, ölkəmiz üçün ciddi dəyişikliklər gözlənilmir: “Bunun Azərbaycana qarşı ciddi təsirlərinin olacağını düşünmürəm. Regional konfliktlərə gəldikdə isə burada da hansısa ciddi təsirlə və dəyişiklik olmayacaq. Təbii ki, əgər Paşinyan seçkilərdə qalib gəlsə və təkrarən Qərbə tərəf oynamağa başlasa bu, regional konfliktlərə səbəb olub, vəziyyəti gərginləşdirə bilər. Ermənistanın Qərbə tərəf getməsi də Azərbaycanın maraqlarına cavab verir. Putinlə münasibətlərə gəldikdə isə hesab edirəm ki, burada da nə dostluq, nə də düşmənçilik olacaq. Proses eyni xətlə davam edəcək. Çünki Bayden o xarizmada, gücdə olan siyasətçi deyil ki, tutalım, Reyqan kimi Rusiyaya qarşı ”soyuq müharibə" aparsın".
Onu da bildirək ki, ekspertlərin fikrincə, Vladimir Putin və Cozef Bayden arasında iyunun 16-da gözlənilən görüşdə Qarabağ məsələlərinə də toxunula bilər. Belə iddialar da var ki, ABŞ Qarabağdakı Rusiya hərbi kontingenti ilə bağlı məsələ qaldıra, məsələn, həmin qüvvələrin beynəlxalq mandatının olmadığını vurğulayaraq, Moskvaya təzyiq edə bilər..
Tarix: 5-06-2021, 09:01
-
Bu gün, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Bu gün, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO