ABŞ beynəlxalq korrupsiyaya qarşı mübarizəni gücləndirəcək



Turan-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, cümə axşamı ABŞ prezidenti Co Bayden kleptokratiyaya qarşı qlobal mübarizəyə birbaşa təsir göstərə biləcək yeni addım haqda bildirib.
“Korrupsiya milli təhlükəsizliyimiz üçün riskdir və biz bunu dərk etməliyik”, – Bayden deyib və hökumət qurumlarına korrupsiyalaşmış subyektlərə qarşı mübarizənin gücləndirilməsi yollarının nəzərdən keçirilməsini, onların məsuliyyətə cəlb edilməsini, avtoritar rejimlərin qanunsuz maliyyələşməsinə və korrupsiyaya qarşı mübarizənin  gücləndirilməsini tapşırıb.
Gələn həftə qanunvericilərin ikipartiyalı qrupu Konqresdə xarici korrupsiya və kleptokratiyaya qarşı yeni fraksiya yaratmaq niyyətindədir.
Ağ Evin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar “müttəfiqləri, vətəndaş cəmiyyəti və özəl sektorla tərəfdaşlıq şəraitində bu fəlakətlə mübarizədə nümunə göstərəcək”.
Cümə axşamı telekonfransda jurnalistlər qarşısında çıxış edən administrasiyanın yüksək vəzifəli nümayəndələri bildiriblər ki, Vaşinqton “korrupsiyanı aşkar etmək və müvafiq tədbirlər görmək üçün sərəncamında olan bütün alətləri öyrənmək niyyətindədir”.
Həmçinin dünyada korrupsiyanı ifşa edənlərin dəstəklənməsi üçün tədbirlər görüləcək. Belə ki, korrupsiyaya uğramış şəxslərin təqib olunması üçün qanunsuz maliyyələşmə və hüquq-mühafizə orqanlarının tətbiqini tənzimləyən qanunvericiliyə dəyişikliklər edilməsi gözlənilir.
Contact.az
Tarix: 4-06-2021, 22:19
Xəbəri paylaş



Xəbər lenti