"Hərbi rəqiblərin həyata keçirdiyi doktrinalar çərçivəsində dünyada yeni soyuq müharibə başlayır".
“Report” xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin “RT” telekanalına müsahibəsində bildirib.
“Ölkələrin yeni soyuq müharibəyə cəlb olunduğunu görürük. Dövlətlərin “özümüzünkü” və “yadlar”a bölünməsi ikincilərin birmənalı şəkildə rəqib kimi göstərilməsidir”, - o qeyd edib.
Nazir müavininin sözlərinə görə, bütün bu kimi məsələlər iyunun 22-24-də Moksvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə IX konfransda müzakirə olunacaq.
Tarix: 3-06-2021, 17:28