NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmağa ümid edir. Bu barədə mayın 31-də hərbi blokun Baş katibi Yens Stoltenberq Şimali Alantika Alyansı ölkələrinin xarici işlər və müdafiə nazirlərinin iclasından əvvəl keçirdiyi son mətbuat konfransında bəyan edib. Tədbir iyunun 1-də telekonfrans fomatında keçiriləcək.
«Biz qonşumuz Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyirik. Və hətta əgər onu yaxşılaşdırmaq mümkün olmasa belə, dialoqu dəstəkləməliyik. Bu, münasibətlər çətin olanda daha əhəmiyyətlidir» - Baş katib bildirib.
Xəbər verildiyi kimi, bundan əvvəl Rusiya XİN başçısı Sergey Lavrov da bildirib ki, Rusiya NATO ilə dialoqu təzələməyə hazırdır, amma alyans Moskvanın təkliflərinə cavab vermir. Bu təkliflər gərginləşmiş vəziyyətin sabitləşdirilməsinə əhəmiyyətli kömək edərdi.
“AzPolitika.info”
Tarix: 1-06-2021, 08:32