FETÖ liderinin qardaşı oğlu tutularaq Türkiyəyə gətirilib


FETÖ liderinin qardaşı oğlu tutularaq Türkiyəyə gətirilib
Səlahəddin Gülən silahlı terror təşkilatına üzvlükdə və azyaşlıya təcavüzdə ittiham edilir
 
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.
 
“Silahlı terror təşkilatına üzvlük ittihamı ilə saxlanılan S.Gülənin terror təşkilatının məsləhətləşmə komitəsinin üzvləri və yüksək vəzifəli şəxsləri ilə də əlaqəli olduğu müəyyən olunub. Bundan başqa, o, azyaşlı bir qıza təcavüz etməkdə də ittiham olunur. S.Gülən MİT tərəfindən ölkə xaricində aparılan əməliyyatla Türkiyəyə gətirilib”, - deyə qeyd edilir.
Tarix: 31-05-2021, 22:51
Xəbəri paylaş



Xəbər lenti