Zənginlər reytinqinin lideri dəyişib


Zənginlər reytinqinin lideri dəyişib
Bernar Arnonun varidatı 710 milyon ABŞ dolları artıb
 
Dünya zənginlərinin “Forbes Real-Time” cari reytinqində birinci yerə “Louis Vuitton Moet Hennessy” (LVMH) geyim və dəb əşyaları şəbəkəsinin rəhbəri Bernar Arno çıxıb.
 
AYNA xəbər verir ki, son 24 saat ərzində onun varidatı 710 milyon ABŞ dolları artaraq 186,3 milyard dollara çatıb. Bununla da 186 milyard dolları olan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezos uzunmüddətli liderlikdən sonra kiçik fərqlə ikinci yerə enib. Sonrakı yerlərdə “Tesla” və “Spaxe X” şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask (147,3 milyard dollar), “Microsoft” şirkətinin sahibi Bill Geyts (125,5 milyard dollar), “Facebook” şirkətinin sahibi Mark Zukerberq (144,7 milyard dollar) qərarlaşıblar.
 
“Bloomberg Billionaries İndex” versiyasına görə C.Bezos birinci pillədə qalıb, B.Arno isə ikinci yerdədir.
Tarix: 25-05-2021, 09:04
Xəbəri paylaş



Xəbər lenti