Navalnı həbsxanada aclıq aksiyasına başladı





Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı açlıq aksiyasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün “instagram” səhifəsində məlumat verib. Bildirib ki, aclıq aksiyasına başlamasına səbəb bel ağrısı səbəbilə çağırdığı həkimin onun yanına buraxılmaması olub.
Qeyd edək ki, fevralın 2-də Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.
Tarix: 31-03-2021, 22:17
Xəbəri paylaş



Xəbər lenti