"Ukrayna COVİD-19-la mübarizədə simbioz yanaşma yolu tutub. Xəstə sayı pik həddədir, xəstəxanalar dolu, ölü sayı isə çoxdur". "AzPolitika.info" xəbər verir ki, bunu hazırda Kiyev şəhərində olan həkim, farmakoloq Müşfiq Hüseynov bildirib.
Ekspert dost ölkədə koronavirusla mübarizədə ciddi problemlər olduğunu qeyd edib: "Dərman yox dərəcəsindədir, tənəffüs aparatları çatışmır, test bizdən bahalıdır - təxminən 60 dollarıdr. Vaksinasiya prosesi ya gec gedir, ya da bərbaddır. Hətta 65-dən artıq yaşı olanlardan belə peyvənd almayanlar var. Əhalinin çox böyük hissəsi, “çip, öldürücü peyvənd” söhbətlərinə ciddi şəkildə inanır".
M. Hüseynovun sözlərinə görə, ölkədə maska yasağı yoxdur deyə, insanların əksəriyyəti maska taxmır.
"Məsələn, qaldığım oteldə personaldan başqa heç kim maskada deyil. Restoranlar bağlanıb amma, pərdələri endirib turist və xüsusi müştərilər üçün işləyirlər. Ən önəmlisi, əlavə 20 dollar qarşılığında saxta pozitiv test cavabı almaq mümkündür. Bir sözlə, dost ölkə COVİD-19-u vecinə almır. Hər kəs bu demokratik ölkənin vətəndaşıdır, ölən ölür, qalan qalır",-deyə həkim vurğulayıb.
Tarix: 31-03-2021, 15:17