Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı - Aleksandr Merejkodan ŞƏRH



ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) büdcəsinin qəbul edilməsinin bloklanması xəbəri Kiyev üçün sürpriz olmadı. Belə ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ATƏT-ə üzv olan bəzi dövlətlərin XMM-nin Ukraynadakı səlahiyyət müddətinin yaxın 12 aya qədər uzadılması qərarının qarşısını almaq istiqamətindəki fəliyyətləri barədə bəyanat verib. Qurumun rəsmi açıqlamasında müvəqqəti işğal olunmuş Donetsk və Luqansk bölgələrindəki missiyanın məhdudlaşdırılmasının ərazidə eskalasiyaya səbəb ola biləcəyi qeyd edilib.

Mövcud mandatı martın 31-də bitən ATƏT missiyasının büdcəsini əngəlləyən ölkələr arasında Ermənistan da var.

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Aleksandr Merejko Caliber.Az-a açıqlamasında həqiqətən də bəzi ATƏT-ə üzv dövlətlərin sözügedən missiyanın fəaliyyətinin qarşısını alması faktını təsdiqləyib.

“Bu, son dərəcə xoşagəlməz bir siqnaldır. XMM-in fəaliyyəti, müəyyən mənada rus qoşunlarının Donbas ərazisindəki mümkün hərəkətlərinə qarşı çəkindirici amildir. Missiyanın dayandırılması Donbasda hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər. Ukrayna bölgədə sakitliyin qorunmasında maraqlıdır və XMM fəaliyyət göstərməzsə, Rusiya bundan mütləq istifadə edəcək”, -deyə komitə sədri bəyan edib.
Mövcud vəziyyətə Kiyevin reaksiyasına gəlincə, parlamentarinin fikrincə, Ukrayna ATƏT üzvü olaraq, yalnız təşkilatın qaydaları çərçivəsində reaksiya göstərə bilər.

“ATƏT büdcəsini əngəlləyən dövlətlərin (Ermənistan da daxil olmaqla - red.) nəyə istinad etdiklərini söyləmək çətindir, lakin Ukrayna açıq şəkildə ATƏT-in fəaliyyətsizliyində maraqlı deyil. Əksinə, Ukrayna Minsk prosesində ATƏT-in oynadığı rolu qiymətləndirir. Ümid edək ki, ATƏT-in büdcəsi təsdiq olunacaq və təşkilat normal fəaliyyətini davam etdirəcək. Ukrayna və Azərbaycan arasında ATƏT çərçivəsində sıx əməkdaşlığa ümid edirik”, -deyə A.Merejko bildirib.
Tarix: 31-03-2021, 10:08
Xəbəri paylaş



Xəbər lenti