İsrail MTŞ İran təhlükəsi barədə xəbərdarlıq edib - "Bu ölkələrə getməyin"



İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) öz vətəndaşlarını Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə və bir sıra digər ölkələrə səfər etməkdən çəkinməyə çağırıb və bu zaman İran və «İslam dövləti» terror təşkilatının təhdidlərinə işarə edib.
Bu barədə martın 30-da «The Jerusalem Post» qəzeti xəbər verib.
Yəhudi dövlətinin Təhlükəsizlik Şurası bu yaxınlarda İranın rəsmi şəxslərinin səsləndirdikləri «təhdidlərə» və İsrailin Nyu-Dehlidəki səfirliyinə olan hücuma (yanvar, 2021) işarə edərək bildirib ki, Tehran «gözlənildiyi kimi, İsrail hədəflərinə zərbə endirmək üzrə səylərini davam etdirəcək».
MTŞ-nın xəbərdarlığında İsrail vətəndaşlarının səfər etməsinin məsləhət bilinmədiyi ölkələrin siyahısında Gürcüstanın, Azərbaycanın, Türkiyənin, İordaniyanın və Misirin də adı var. Göstərilir ki, bu ölkələrdə onlara İran tərəfdən hücum riski böyükdür.
AzPolitika.info
Tarix: 31-03-2021, 09:40
Xəbəri paylaş



Xəbər lenti