Sərhədlər açıldıqdan sonra da turizm dəhlizləri sisteminin tətbiqi planlaşdırılır İngiltərə hökuməti ölkə vətəndaşları üçün xaricə səyahətlə bağlı qaydalar tətbiq edəcək. AYNA xəbər verir ki, bu barədə “Sunday Times” nəşrində məlumat verilib.
Qeyd edilib ki, hökumət 12 aprel tarixində digər ölkələrlə əlaqələrin bərpası tarixini elan edəcəkdi. Qərar veriləcəkdi ki, xaricə səyahət 17 maydan açılacaq. Ancaq son həftələrdə səlahiyyətlilər yayda xaricdə tətil planlaşdırmağın tez olduğunu söyləyiblər. Güman olunur ki, qadağa avqust ayınadək qüvvədə qalacaq.
Bununla yanaşı, sərhədlər açıldıqdan sonra da turizm dəhlizləri sisteminin tətbiqi planlaşdırılır. Belə ki, ölkələr yaşıl, sarı və qırmızı siyahılara bölünəcək.
Yaşıl siyahıdakı ölkələrə tətilə gedib qayıdan vətəndaşlar karantinə alınmayacaqlar. Sarı siyahıya alınan ölkəyə səyahət edənlər qayıtdıqdan sonra özlərini təcrid etmək üçün evlərinə getməli olacaqlar. Qırmızı siyahıdakı ölkələrdən gələnlər isə hava limanlarındakı otellərdə öz hesablarına iki həftəlik karantində olmalı, eyni zamanda, iki dəfə koronavirus testindən keçməli olacaqlar.
Tarix: 29-03-2021, 08:45