Ukraynaya göndərilən növbəti hərbi eşelon Rusiyanın Rostov vilayətində peyda olub. Ovqat.com-un məlumatına görə, Ukrayna sərhəddinə yaxın ərazidə müşahidə olunan hərbi eşelonda Rusiyanın ən müasir zirehli avtomobilləri, transportyorları və digər silahlar yer alıb.
Fotoda onlarla hərbi zirehli texnikanın qatarla nəql olunduğu öz əksini tapıb. Hərbi texnikaların Donbassa
Rusiya “sülhməramlı” qüvvələrinə göndərildiyi iddia edilir (Necə “sülhməramlı”dırsa). Zirehli texnikalardan Ukrayna Silahlı Qüvvələrinin gözlənilən hücumu halında “sərhədlərin müdafiəsi məqsədilə istifadə olunacağı” bildirilir. Rus media orqanlarının yaydığı bu məlumat hələ də rəsmən təsdiqini tapmayıb.
Maraqlıdır ki,
Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl Krımın müdafiəsini gücləndirmək üçün mühüm addımlar atdığını açıqlamışdı. Nazirlik bu məqsədlə Hava-Desant Qoşunlarının strukturunda bir sıra dəyişikliklər aparmışdı. Söhbət 56-cı desant-hücum briqadasının bütünlüklə Volqoqraddan Krımın Feodosiya şəhərinə köçürülməsindən gedirdi.
Bu briqada nəyə görə məhz Krıma dislokasiya olunur, yarımadada hansı missiyanı yerinə yetirəcək və bu, ümumiyyətlə, Rusiya ətrafında baş verən hansı hadisələrlə bağlıdır? Rusiya Müdafiə Nazirliyi hələ də bu suallara aydınlııq gətirməyib.
Müdafiə naziri Sergey Şoyqunun dünən “RİA Novosti”-yə açıqlamasından isə belə çıxırdı ki,
56-cı hava desant briqadası bu il Volqoqrad vilayətinin Kamışin şəhərindəki son qərargahından Krımın Feodosiya şəhərinə köçürülüb və sözügedən yer onun
daimi bazasına çevriləcək. Çox güman ki, hava-desant qüvvələrinin Novorossiyskdəki 7-ci diviziyasının bir hissəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, diviziya ilə briqada arasındakı fərq yalnız kadr sayında deyil. Diviziya müharibə vəziyyətinə görə 13-15 min əsgər, altı alay, o cümlədən üç motorlu tüfəng, tank, topçu, zenit-raket qüvvələri və ayrıca digər bölmələr: tank əleyhinə tabur, kəşfiyyat taburu, rabitə taburları, mühəndis-sapper, maddi dəstək, tibbi, təmir və bərpa, kimyaçılar alayı, pilotsuz uçan aparatlar, "dinləyicilər" (REB) və əlbəttə ki, "komendant" rotası kimi bölüklərdən ibarətdir. Hava-desant qüvvələrində bunlar dörd alay şəklində olur - üçü hava və topçu alayı və digəri müxtəlif taburlar.
Diviziyanın öz topçu və qida anbarları olur.
Bu hərbi struktur əsas qüvvələrdən təcrid olunanda belə, müstəqil fəaliyyət göstərməyə qadir olan mini ordu sayılır. Bu cür birləşmələrin olması, daha kompakt və mobil qruplardan fərqli olaraq, ciddi əməliyyatlarda istifadəsini mümkün hala gətirir.
Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyinin 56-cı hava desant briqadasını Volqoqraddan Krıma köçürməsi ciddi müharibə hazırlığından və
yeri gələndə heç hardan əlavə dəstək almadan müstəqil ordu kimi döyüşmək imkanı əldə etmək istəyindən xəbər verir. Mümkündür ki, Rostov vilayətində foto-kameralara yaxalanan eşelonlar da bu briqadanın hərbi texnikalarıdır və Donbassa yox, Krıma göndərilirlər.
Rus ordu mənsublarının bildirdiyinə görə, hazırda hərbi xidmətini Krımda davam etdirən 56-cı briqada ən çətin döyüş əməliyyatlarında sınaqdan çıxmış qüvvələrdir. Briqada ilk dəfə 1979-cu ildə
Əfqanıstana girən ilk sovet əsgərləri kimi öz adını duyurmuşdu. Daha sonra biz onun xəbərini Qaraçay-Çərkəz və Çeçenistan döyüşlərindən aldıq. Çeçenistan döyüşlərindən sonra Kamışinə dislokasiya olunan diviziya uzun müddətli istirahətdən sonra yenidən başqa bir qaynar nöqtəyə - Krıma göndərilir.
Tarix: 27-03-2021, 21:39