"Paşinyanın dediyi oldu"


Nikol Paşinyanın dediyi oldu. O martın 22-də Artak Davtyanı baş qərargah rəisi olaraq Müdafiə Nazirliyinin binasında generallara təqdim etdi. Əslində Artak Davtyan generallara tanışdır, ötən ilin ortalarına qədər məhz o baş qərargah rəisi idi. Ancaq pandemiya dövründə oğluna etdiyi dəbdəbəli toy onu vəzifəsindən etdi. Paşinyan normalda beləsini vəzifəsinə qaytarmazdı, ancaq artıq keçmiş baş qərargah rəisi Onik Qasparyanla mübarizədə baş nazir saman çöpündən, yəni Artak Davtyandan da yapışmağa hazır idi. Artak Davtyan isə köhnə vəzifəsinə qayıtmaq üçün Paşinyanın əmrinə rabe oldu. Artak Davtyan 44 günlük müharibədə iştirak etməsə də, Nikol Paşinyanı Zəngəzur bölgəsində xüsusi tapşırıqılarını yerinə yetirirmiş. 
 
Beləliklə, Onik Qasparyan otağını boşaltmaq məcburiyyətindədir. Qasparyan risqə gedib hərbi çevrilişə cəhd etmədi, sadəcə Paşinyanın istefasını tələb etdi, bu isə işə yaramadı. Öz növbəsində Paşinyan keçən zaman ərzində müxtəlif siyasi gedişlər etdi. Paşinyanın istefasına imza atan gerenallar Paşinyanın Artak Davtyanı baş qərargah rəisi vəzifəsinə təyinatı mərasimində iştirak etdilər.
 
Elxan Şahinoğlu
 
politoloq
Tarix: 23-03-2021, 14:33
Xəbəri paylaş



Xəbər lenti