İngiltərə Rusiyanı Avropa üçün hərbi təhdid elan etdi


İngiltərə Rusiyanı Avropa üçün hərbi təhdid elan etdi
Müdafiə Nazirliyi: “Rusiya Avropanın təhlükəsizliyi üçün ən böyük nüvə və hərbi təhdiddir”
 
İngiltərə rəsmi olaraq Rusiyanı Avropanın təhlükəsizliyi üçün ən böyük nüvə və hərbi təhdid elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, müvafiq sənəd İngiltərə Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
 
Sənəddə Rusiyanın İngiltərəni və müttəfiqlərini yüksək dərəcədə təsirli hava hücumundan müdafiə sisteminin köməyi ilə hərəkət azadlığından məhrum etmə qabiliyyətinə sahib olduğu qeyd edilib.
 
"Nəticə etibarilə, Rusiya İngiltərənin Avropada, Aralıq dənizinin şərqində və Yaxın Şərqdəki maraqlarını qorumaq qabiliyyətinə ciddi bir təhlükə yarada bilər”, - bildirilib.
Tarix: 23-03-2021, 14:22
Xəbəri paylaş



Xəbər lenti