Ukrayna yenidən karantin tətbiq edir


Ukrayna yenidən karantin tətbiq edir
Məktəblər onlayn sistemə keçib
 
Ukraynada koronavirusa (COVID-19) yoluxanların sayındakı artıma görə paytaxt Kiyevdə və ölkənin qərb bölgələrində karantin qaydaları yenidən qüvvəyə minib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kiyevdə və ölkənin qərb bölgələrində 20 mart 00:00-dan qüvvəyə minən karantin qaydaları 9 aprelədək davam edəcək. Məlumatda bildirilir ki, paytaxt xəsətəxanalarının 70%-i dolub. Paytaxtda həftəsonu xalqın axın etdiyi alış-veriş, əyləncə mərkəzləri boş qalıb. Həftəsonu karantin tətbiq edilincə küçələr səssizliyə bürünüb. Karantin günlərində kinoteatrlar, teatrlar, muzeylər, konsert, idman zalları xidmət göstərməyəcək. Məktəblər onlayn sistemə keçib. Bununla yanaşı gözəllik salonları işləməyə davam edir. Restoranlar yalnız çatdırma ilə xidmət göstərir.  Ukrayna Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda 15 min 292 nəfərdə virus aşkarlanıb. 4 min 369 nəfərin xəstəxanada müalicə aldığı, 5 min 190 nəfərin virusdan sağaldığı, 260 nəfərin isə vəfat etdiyi bildirilir. Ümumilikdə isə Ukraynada virusa yoluxma sayı 1 milyon 535 min 218, vəfat edənlərin sayı isə 29 min 775 nəfərə çatıb.
Tarix: 21-03-2021, 09:03
Xəbəri paylaş



Xəbər lenti