Türkiyədə terror təşkilatına üzv və dəstək olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.Belə ki, Ankara Prokurorluğunun PKK terror təşkilatı ilə bağlı apardığı istintaq nəticəsində Xalqların Demokratik Partiyasının (HDP) regional təşkilat rəhbərləri şübhəli şəxs qismində saxlanılıblar.
Cebhe.info xəbər verir ki, hələlik adlar açıqlanmır. Ancaq onların Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinə qarşı müraciəti imzaladıqları üzə çıxıb. Sözügedən müraciət PKK-ya yaxın saytlarda dərc olunub.
Həmçinin onlar PKK-nın ilk silahlı hücumunun ildönümü kimi qeyd edilən qanunsuz tədbirdə iştirak ediblər.
Tarix: 20-03-2021, 20:41