ABŞ Prezidenti Co Baydenin Vladimir Putinlə bağlı sərt ifadələri "qırmızı xətti" keçməkdir.
Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Taras Berezoveç deyib.
“Bu sözlərilə Bayden ABŞ və Rusiya arasında yeni soyuq müharibənin başlanğıcını elan etdi”, - politoloq bildirib.
Onun sözlərinə görə, Baydenin ritorikası iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, Co Bayden Vladimir Putini qatil hesab etdiyini bildirib.
Tarix: 20-03-2021, 09:47