“Uşaqlarımızı Qarabağdan geri qaytarın!” - İrəvanda aksiya


Yerevanda övladları Qarabağda xidmət edən bir qrup valideyin yenidən hökumət binasının qarşısına toplaşıb və onların təcili olaraq geri çağırılmasını tələb edib. Ermənistan KİV-ləri xəbər verir ki, valideyinlər övladlarının həqiqi hərbi xidmətlərinin vaxtından əvvəl dayandırılmasını istəyirlər. Aksiya iştirakçılarından ikisini baş nazir Nikol Paşinyan qəbul edib. Danışıqların nəticələri barədə məlumat yoxdur.
“Biz öz tələblərimizi hələ ötən ilin noyabrında təqdim etmişdik. Amma məsələ hələ də həll edilməyib. Bizim uşaqlarımızın bu yaxınlarda müharibənin olduğu yerdə hələ də xidmət etməsi ən azından, ədalətsizdir”,-valideyinlərdən biri Tereza Qriqoryan bildirib.
O, bildirib ki, oğlunun təcili olaraq geri çağırılmasını, müalicə edilməsini tələb edir. Çünki müharibədən keçmiş gənc əsgərlər xidmətlərini davam etdirmək durumunda deyillər, xüsusən də indiki şərtlərdə.
Valideyinlər deyirlər ki, onların övladları Qarabağda ağır şərtlərdə xidmət keçir, bir çox hərbi hissələrə elektrik və su indilərdə verilib.
Xatırladaq ki, Ermənistanın kapitulyasiyasından sonra işğalçı qüvvələrin qalıqları hələ də Qarabağın bir hissəsində qalıb. Müharibənin ardınca erməni əsgərlərinin valideyinləri uşaqlarının Qarabağdan geri çağırılmasını tələb etmək üçün aksiyalar keçirirlər. Habelə orduya yeni çağırılanların valideyinləri də onların Qarabağa gətirilməsinə qarşı çıxırlar. /Virtualaz.org
Tarix: 19-03-2021, 23:46
Xəbəri paylaş



Xəbər lenti