“Adımı sənə qoyum, səni yana-yana qoyum” - Putindən Baydenə CAVAB



“Amerikalı həmkarıma nə cavab verim? Mən ona istehzasız və zarafatsız sağlamlıq arzulayıram”.
 
Pravda.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab olaraq deyib.
 
“Uşaqlıqda həyətdə oynayanda bir-birmizlə mübahisə edərkən deyərdik: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Bu, təsadüfü deyildi. Bu, adi uşaq deyimi və zarafatı deyildi. Bunun dərin psixoloji mənası var. Biz həmişə başqa adamda öz keyfiyyətlərimizi görürük. Fikirləşirik ki, o da bizim kimidir”, - Rusiya prezidenti vurğulayıb.
 
V.Putin qeyd edib ki, hər xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var: “Ancaq biz başqalarını dəyərləndirəndə, yaxud başqa dövlətə, başqa xalqa qiymət verəndə biz həmişə sanki güzgüyə baxırıq”.
 
O, ABŞ-da çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiyanın onlara etibar edəcəyini söyləyib. V.Putin bildirib ki, Rusiya ABŞ-la özünə sərfəli şərtlərlə işləyəcək.
Tarix: 18-03-2021, 21:49
Xəbəri paylaş



Xəbər lenti