Son günlər Ermənistanda yeni müharibə ab-havası müşahidə edilir.Yenisabah.az xəbər verir ki, yerli media əsasən yenidən döyüşlərin daşlamasından və revanşist meyllərdən yazır.Mövzu ilə bağlı erməni mətbuatına açıqlama verən hərbi ekspert Karen Ohanesyan növbəti dəfə hərbi toqquşmanın başlanma ehtimalının yüksək olduğunu deyib:
"Belə hesab edirəm ki, yeni müharibənin və ya hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir. Müharibənin bitdiyini hələ söyləmək olmaz. Bəlkə də 27 sentyabrdan müşahidə etdiyimiz müharibənin aktiv mərhələsi bitib. Amma bölgədəki müharibə vəziyyəti hələ də bitməyib. Bölgədə rol "oynayan" ölkələrlə əlaqəli qaranlıq məsələlər var. Bu isə o deməkdir ki, müharibə hələ yekunlaşmayıb. Yeni müharibəyə hazır olub-olmadığımızla bağlı suala isə qəti şəkildə cavab vermək olmaz. Ancaq təhlil etsək, təkbaşına müharibəyə hazır olmadığımızı deyə bilərik. Çünki rəsmi hesabat və məlumatlara görə, biz hələ 5-ci nəsil müharibə üçün lazım olan sursat və ya silah istehsalına başlamamışıq. Təəssüf ki, müstəqil şəkildə müharibə etməyə hazır deyilik".
Ohanesyan müharibəyə hazır olmamalarına qeyd etdiyi amillərlə yanaşı, digər tərəfdən hökumətlə silahlı qüvvələr arasında gərgin situasiyanın yaranmasını da əsas səbəblərdən hesab edir:
“Silahlı Qüvvələrdəki vəziyyət hər kəsi - komandirlər, generallar və başqalarını çətin dilemma qarşısında qoyub. İnsanlar hansı mövqedə olduqlarının, sabah nələrin baş verəcəyini anlamırlar". (Azvision.az)
Tarix: 17-03-2021, 21:01