ABŞ-da masaj salonlarına silahlı hücum: ölənlər var


ABŞ-da masaj salonlarına silahlı hücum:         ölənlər var
Birinci insident Çeroki dairəsindəki masaj salonunda baş verib
 
ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) odlu silahla törədilmiş hücumlar nəticəsində azı səkkiz nəfər həyatını itirib, bir nəfər yaralanıb.
 
AYNA xarici mətbuata istinadən xəbər verir ki, hüquq-müahifizə orqanları əməkdaşları Çeroki dairəsində masaj salonuna hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Məlumata görə, 21 yaşlı Robert Aaron Lonq atışmanın baş verdiyi ərazidən bir neçə saatlıq məsafədə yerləşən Krisp dairəsində polis tərəfindən yaxalanıb.  
 Daha əvvəl ASJ onlayn portalı yeddi nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirmişdi. Onun məlumatına görə, birinci insident Atlantanın yaxınlığındakı Çeroki dairəsindəki masaj salonunda baş verib. Naməlum şəxs atəş açıb və gizlənib, üç nəfər həyatını itirib, iki nəfər yaralanıb. Bir saatdan da az vaxtdan sonra yaxınlıqdakı masaj salonlarından atəş səsləri eşidilib. Bu hücumlar nəticəsində daha dörd nəfər dünyasını dəyişib. Polis bir neçə yolu bağlayıb.
 
Qeyd olunur ki, bütün salonlarda əməkdaşların çoxu Asiya ölkələrindəndir. Polis bu hücumların bir-biri ilə bağlı olub-olmadığını hələlik müəyyən etməyib.
Tarix: 17-03-2021, 11:05
Xəbəri paylaş



Xəbər lenti