İsrail pandemiya tarixinə düşdü: Peyvəndləməni başa çatdıran ilk ölkə


İsrail pandemiya tarixinə düşdü: Peyvəndləməni başa çatdıran ilk ölkə

İsrail sürətli templə gedərək dünyada koronavirusa qarşı bütün əhaliyə peyvənd tətbiq edən ilk ölkə kimi tarixə düşdü.
Cebhe.info xəbər verir ki, ölkə daxilindəki əhalinin 100 faizi peyvənd olunub. Artıq bununla bağlı rəsmi açıqlama verilib və prosesin uğurla yekunlaşdığı bildirilib.
Ölkədə ilk peyvənd Baş nazir Benyamin Netanyahuya vurulmuşdu.
9 milyon əhalisi olan İsrail “Pfizer/BionTech”, “AstraZeneca” və Moderna”dan peyvənd alıb və ümumi sayın 24 milyon doza olduğu bildirilib.
Məlumata görə, İsrail vətəndaşlarına iki dozada peyvənd tətbiq edilib, ancaq bu hesabla da ölkədə milyonlarla doza artıq peyvənd var.
Məlumatlarda İsrailin həmin peyvəndləri ehtiyacı olan ölkələrə göndərəcəyi istisna edilmir.
Ümumdünya Səhiyyə Təşkilatı bəzi ölkələrin peyvəndə əlçatanlığının təmin edilmədiyini bildirərək, bunun qeyri-bərabərliyə yol açacağını vurğulamışdı.
Tarix: 16-03-2021, 14:58
Xəbəri paylaş



Xəbər lenti