Suriyada 10 ildir davam edən vətəndaş müharibəsində və hərbi əməliyyatlarda üçüncü ölkələrin iştirakı ilə 594 min insan öldürülüb.Cebhe.info xəbər verir ki, bu barədə “The Syrian Observatory for Human Rights" məlumat yayıb.
Bildirilir ki, 12 milyondan çox insan qaçqın düşüb. Ölənlərdən 117 388 nəfəri dinc sakinlərdir. Onlardan 81 279 nəfəri qadınlar, 22 254 nəfəri isə uşaqlardır.
Rusyanın atdığı raket zərbələri nəticəsində 8671 dinc sakin ölüb. Qərb koalisiyasının hərbi müdaxisi 3846 nəfərin ölümünə səbəb olub. Türkiyənin hərbi müdaxiləsinin isə 1474 nəfərin ölümünə səbəb olduğu deyilir. İsrailin hava zərbələri nəticəsində 12 dinc sakin ölüb.
Hesabatda o da bildirilir ki, Bəşər Əsədə tabe olan qüvvələr 68 308 hərbçini itirb. Hökuməti dəstəkləyən silahlılardan 52 568 nəfəri həlak olub. Həmçinin 9 min əcnəbi döyüşçü öldürülüb. O cümlədən 264 rus muzdlusu həlak olub.
"Bəşər Əsəd ancaq Rusiya və İran sayəsində hakimiyyətini saxlaya bilib. Hələlik silahlı münaqişənin sonu görünmür",- deyə hesabatda bildirilir.
Xatırladaq ki, Suriyada hərbi əməliyyatların aktiv fazası 804 gün davam edib- 20 sentyabr 2015-ci ildən 11 dekabr 2017-ci ilə qədər.
Tarix: 15-03-2021, 21:19