Moldova Ali Təhlükəsizlik Şurası ölkədəki epidemioloji vəziyyət və pandemiya ilə əlaqədar iki həftəlik fövqəladə vəziyyət tətbiq etmələrini tövsiyə edib.Neqativ.com-un məlumatına görə, bu barədə Moldava Prezident Maia Sandu brifinqdə bildirib.
Sandu bildirib ki, ölkədəki epidemioloji mövcud vəziyyətlə bağlı Ali Təhlükəsizlik Şurasının iclasında üzvlərin əksəriyyəti fövqəladə vəziyyət tətbiq edilməsinə çağırış edib: “Hökumətə üç gün ərzində məhdudiyyətlər siyahısı hazırlamaq məsləhət görülüb. Eyni zamanda Təhlükəsizlik Şurası ilə birlikdə Səhiyyə üzrə Milli Komissiyanın tərkibinin dəyişdirilməsi, epidemioloq və həkimlərin daxil edilməsi, Fövqəladə Hallar Müfəttişliyinin nəzdində Vahid Komandanlıq Mərkəzinin yaradılmasını zəruri hesab edilib. Şura evdə müalicə alan xəstələr üçün diaqnostika məntəqələri yaratmaqla yanaşı, testlərin sayını artırmağın zəruri olduğunu israr edib”.
Prezident, həmçinin, işsiz statusu alma müddətinin sadələşdirilməsinin, o cümlədən məhdudiyyətlər üzündən əmək haqqı almayanlara kompensasiya verilməsinin vacibliyini vurğulayıb: “Peyvəndləmə prosesini aktivləşdirmək və ikinci mərhələyə keçmək lazımdır. Peyvənd üçün vətəndaşların onlayn qeydiyyatının reyestrini yaratmalıyıq. Hökumətdən üç gün ərzində bu təklifləri ətraflı şəkildə müzakirə edib parlamentə təqdim etməsini xahiş edirəm”.
Qeyd edək ki, Moldovada aprelin 15-dək koronavirusla bağlı fövqəladə vəziyyət qüvvədədir.
APA
Tarix: 14-03-2021, 08:47