Mixail Saakaşvili Ukraynanı “atan dövlət” adlandırdı

Mixail Saakaşvili Ukraynanı “atan dövlət” adlandırdı
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hazırda vətəndaşı olduğu ölkəni “atan dövlət” adlandırıb.
 
“Ukrayna 24” kanalına müsahibə verən gürcü əsilli siyasətçi ölkəyə investisiya qoymaq istəyən əcnəbi maliyyə quruluşları arasında Ukraynanın bu cür pis imicə malik olduğunu söyləyib.
 
“Xarici invesitisiyaların Ukraynanın ümumdaxili məhsulundakı payı 2 faizdən də azdır. Həqiqi xarici mənşəli sərmayə isə heç 0,2 faizi keçmir”,-deyə o qeyd edib.
 
Mixail Saakaşvlinin sözlərinə görə, hələ bu pullar belə ölkədə yeni iş yerlərinin açılması üçün sərf olunmalıydı. “Bəs bu pullar niyə ortada yoxdur? Ona görə ki “atanları” keç kim sevmir. Lakin həm Ukraynanın, həm də onun dövlət məmurlarının məhz bu cür imici var. Bu adamlar hamıya “atırlar”,-deyə o bildirib.
 
Hələ ötən ilin iyun ayında Gürcüstanın keçmş dövlət başçısı Ukraynada dövlət deyilən bir şeyin olmadığını, çünki məmurların belə bir anlayışı sildiyini söyləmişdi. “Ukraynada mövcud olmayan dövlətin adından hökm verən rəsmi şəxslər var. Bizim bildiyimiz dövlət hər kəs üçün ədaləti təmin edən, hər bir insanı qoruyan bir qurumdur. Ukraynada bu nə gəzir?”,-deyə o söyləyib.
 
Xatırladaq ki, Mixail Saakaşvili 2020-ci ilin may ayından prezident Vladimir Zelenskinin təyinatı ilə Milli islahatlar şurasının icraedici komitəsinin rəhbəri vəzifəsində çalışır.(musavat.com)

Tarix: 11-03-2021, 22:36
Xəbəri paylaş



Xəbər lenti