Rusiyada kruiz dəmir yolu turlarının pilot layihəsinə start verilib.Bu barədə layihənin təsisçisi Strateji təşəbbüslər agentliyi öz “Telegram” kanalında bildirir. Qatarlar Moskva-Nijni Novqorod-Kazan-Moskva və Moskva-Kazan-Nijni Novqorod-Moskva marşrutları üzrə yola salınıb. Belə bir səfərdə vaqonlar təkərli mobil hotel, restoran və əyləncə mərkəzinə çevrilir.
Şəhərlərdəki dayanacaqlar zamanı səyahət edənlər üçün ekskursiyalar təşkil olunacaq.
Hazırda layihənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.//Oxu.az
Tarix: 11-03-2021, 08:31