“Xaricdə dincəlmək istəyən vətəndaşları süni şəkildə ölkədə saxlamayacağıq”.“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, bunu hökumət nümayəndələri ilə iclasda Rusiya Prezidenti Vladimir Putin dilə gətirib.
Rusiya lideri ölkədə vaksinasiya prosesinin sürətləndirilməsinə ümidvar olduğunu bildirib.
“İqtisadiyyatlarında turizmin böyük yer tutduğu bəzi ölkələr artıq turistlərə qapılarını açmağa başladığını elan edir. Biz, əlbəttə, yay tətillərini xaricdə keçirmək istəyən vətəndaşlarımızı süni olaraq ölkədə saxlamamalıyıq və bunu etməyəcəyik də”, - Putin əlavə edib.
O vurğulayıb ki, rusların ənənəvi olaraq tətilə getdikləri bir çox ölkələrdə koronavirusun yaratdığı vəziyyət qarışıqdır.
Tarix: 10-03-2021, 22:54