"NATO Rusiya ilə informasiya müharibəsində köməksiz vəziyyətdədir" - Polşalı general



NATO Rusiya ilə informasiya müharibəsində köməksiz vəziyyətdədir. Bu fikri Polşa Quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak Polşanın «Defence24.pl» hərbi-analitik nəşrinə yazdığı məqalədə səsləndirib.
General Rusiya Silahlı Qüvvələrinin Kalininqrad vilayətindəki vəziyyətini detallarla analiz edir, nəticə çıxarır ki, «amerikalıların və polşalı ekspertlərin demonlaşdırdığı Suvorov dəhlizinin (60 kilometrlik dəhliz, Belarusu Rusiya eksklavı ilə birləşdirir və Polşa və Litvanın ərazisindən keçir) operativ əhəmiyyəti yoxdur».
«Təcavüz olacağı təqdirdə rusiyalılar siyasi xəritəyə və Polşa və Litva arasındakı sərhədin quruluşuna baxmayacaqlar. Onlar, sadəcə, seçdikləri ərazidən keçəcəklər» - general yazır.
Onun fikrincə, Kalininqrad vilayətinin hərbiləşdirilməsi ilə eyni vaxtda Rusiya effektli informasiya müharibəsi aparır, Avropa və atlantik analitikləri isə buna qarşı dura bilmirlər.
«Ruslar əla instrumentlər yaradıblar və daim onlardan kütləvi informasiya vasitələrində, internetdə, biznesdə və siyasətdə istifadə edirlər - general davam edir - Kibermüharibə üzrə ekspertlər, raidoelektron müharibə üzrə ekspertlər, diplomatlar, siyasətçilər və biznesmenlər. Gördüyünüz kimi, belə yaranmışların spektri çox genişdir. Fəaliyyət fasiləsiz və böyük intensivliklə həyata keçirilir. Əsas fəaliyyət istiqamətləri - Kremlin siyasətini qiymətdən salan hər kəsə və hamıya hücum».
Keçmiş komandan hesab edir ki, Rusiyanın informasiya müharibəsinin başlıca məqsədi Avropa İttifaqı (Aİ) üzvləri arasında narazılıq yaratmaq (onu dağıtmaq planları ilə), gələcəkdə isə həm də NATO daxilində həmrəyliyi pozmaqdan ibarətdir.
AzPolitika.info
Tarix: 9-03-2021, 08:55
Xəbəri paylaş



Xəbər lenti