"Norilsk Nikel”in("Nornikel”) sahibi Vladimir Potanin sərvəti 30 milyard dolları keçən ilk rusiyalı olub. Potanin əvvəllər də zəngin adam idi: keçən ilin aprelində "Forbes” onun sərvətinin 19,7 milyard dollar olduğunu açıqlamışdı.
"Sobesednik” nəşri yazır ki, oliqarxın sərvəti 2018-ci ilin yazında - "Nornikel”in Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi "İnnopraktika” Fondu ilə ortaq layihəsindən sonra sürətlə şişməyə başlayıb. "Putinin qızının İnnovativ Mühəndislik Mərkəzinin saytında bildirilir ki, qurum Rusiya şirkətlərinin yenilikçi texnoloji tətbiqi ilə məşğuldur. Layihənin ümumi dəyəri əvvəl bir trilyon rubldan çox qiymətləndirildi. Amma Potanin digər oliqarxların rəhbərlik etdiyi şirkətlərin("Qazprom”, "Rusal”, "Rosneft”və sairə) əvəzindən də bu pulu özü ödəyib.
Putinin qızının rəhbərlik etdiyi mərkəzin Ədliyyə Nazirliyinə verdiyi rəsmi hesabatlara görə, milyonlar hələ istehsala, əmək haqqı artımına, hətta ətraf mühitə deyil, ancaq inzibati aparatın saxlanmasına xərclənir” deyə, nəşrin məqaləsində bildirilir.
Nəşr yazır ki, ötən ilin sonunda İnnovasiya Mühəndisliyi Mərkəzinin törəmə təşkilatı da yaradılıb ki, oraya da Yulia Xaçaturyan rəhbərlik edir: "Bundan əvvəl Xaçaturyan Potaninin Krasnoyarskdakı strukturları üçün mütəmadi olaraq tədbirlər təşkil edən incəsənət-şou mərkəzinə rəhbərlik edirdi. Putinin qızı ilə Potaninin daha bir ortaq törəmə şirkəti də var. "İnnovasiyalar. Texnologiyalar.
Mühəndislik” topdansatış metal ticarəti ilə məşğuldur. Bir sözlə, Potaninin "Nornikel” ilə Putinin qızının adı hallanan "İnnopraktika” ilə ortaq işdən yalnız sürətlə varlanır. Nəticədə, son 10 ayda Vladimir Potaninin sərvəti "Forbes”ə görə, 10.4 milyard dollar artıb. Daha da anlaşılan etmək üçün deməli, Potaninin sərvəti saniyədə orta hesabla 30 min rubl artıb ... Yəni oliqarx tualetə bir dəqiqəlik baş çəkəndə artıq cibində 2 milyon qazanc olur”.
"Sobesednik”in yazdığına görə, bir neçə gün əvvəl "Nornikel”in rəhbəri deyib ki, ötən ilin may ayında Arktikada dizel tökülməsinə görə şirkətə kəsilmiş cərimədən apelyasiya şikayəti verməyəcək: "Cərimənin məbləği isə 146,2 milyard rubldur. Hər hansı bir şirkət üçün astronomik cərimə. Amma Arktikanın geniş miqyaslı çirklənməsinə görə kəsilmiş cəriməni oliqarxın varlanma sürəti ilə hesabladıqda, bu, cəmi 56 gündəki qazancına bərabərdir. Amma məlum olur ki, Potaninin cəriməni verəcəkləri ilə bağlı arxayın danışması da, təsadüfi deyil. Belə ki, Potaninin strukturlarına tətbiq olunan cərimənin məbləği Putinin əmiuşağı Mixail Putinlə əlaqəli "SOGAZ” şirkəti sığorta ödənişi ilə qismən kompensasiya edir”.
Bu ilin fevralı 20-də "Nornikel”in zavodunun sexində təmir zamanı binanın tavanı çöküb və nəticədə üç nəfər dağıntılar altında ölüb: "Yenə də faciədə özlərinin günahlandırmadılar. Amma bina hələ 1948-ci ildə tikilib və niyə indiyədək belə varlı bir şirkət daha müasir sex tikmədiyi aydın deyil. Daha doğrusu, başa düşüləndir. Bu vəsaiti öz yaxtalarına sərf etmək daha xoşdur və daha faydalıdır. İşəgötürən dağıntılar altında ölənlər üçün 3 milyon rubl (nadir hallarda daha çox) verirsə, ümumiyyətlə uğur sayılır. Yəni adi bir işçinin ömrü bir oliqarxın ömrünün təxminən bir yarım dəqiqəsi ilə qiymətləndirilə bilər”.
Nəşr sonda yazır ki, faciədən bir neçə saat sonra Potaninin təyyarəsi ilə Norilskə yox, Barselonaya- istirahətə gedib…
Oleq Romanoviç Potanin 3 yanvar 1961-ci ildə Moskvada diplomat ailəsində anadan olub. Atası SSRİ-nin Yeni Zelandiyadakı ticarət nümayəndəsi olaraq çalışıb. Anası həkimdir.
Potanin 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1991-ci ildə "İnterros" maliyyə-sənaye qrupunu qurub. Sonra Beynəlxalq Maliyyə Bankının vitse-prezidenti və prezidenti işləyib.
1996 -1997-ci illərdə Rusiya hökumətində müxtəlif vəzifələrdə işləyib. 1998-ci ilin mayından "İnterros” Maliyyə Sənaye Qrupu, "Nornikel” və Sibir-Uzaq Şərq Neft Şirkəti əsasında yaradılan "İnterros” Holdinqinin İdarə Heyətinin sədri olub.
2015-ci ilin may ayından "Nornikel” MMC-nin prezidenti və İdarə Heyətinin sədridir.
Musavat.com
Tarix: 7-03-2021, 22:52