PFİZER-(PFAYZER) Amerikada dərman preparatları istehsal edən dünyanın ən böyük şirkətlərindən biridir. Şirkət dünyanın ən məşhur dərmanı olan Lipitor-u istehsal edir; bu dərmandan qanda xolesterol səviyyəsini azaltmaq üçün istifadə olunur.
Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, şirkətin baş direktoru Albert Burleyə, koronavirus peyvəndi olmadığına görə İsrailə girişinə icazə verilməyib.
Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Top menecerin dediyinə görə, Burle peyvəndin ilk dozasını artıq alıb, ancaq ikinci dozasını ala bilməmişdir. Şirkət nümayəndə heyətinin üzvlərindən heç birinin peyvənd edilmədiyi qeyd olunur. Burlenin bu proseduru niyə təxirə saldığını soruşduqda, peyvəndə daha çox ehtiyac duyan insanlar olduğu üçün növbədənkənar peyvənd olmaq istəmədiyini söyləyib.
Xəbərdə o da qeyd olunur ki, 6 mart tarixində İsrail hakimiyyəti karantindən çıxmanın üçüncü mərhələsinə keçidi təsdiqləyiblər. Xüsusilə restoranların, ziyafət salonlarının, teatrların, stadionların fəaliyyətinə müəyyən məhdudiyyətlərlə icazə verilir. Mədəni, idman və ictimai tədbirlərə otaqda 500 nəfərdən çox, açıq məkanda 750 nəfərdən çox olmamaq şərti ilə icazə verilir.
Tarix: 7-03-2021, 11:16