Putin millətçilik təbliğatının qarşısının sərt şəkildə alınmasını tələb edib



Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin martın 3-də Daxili İşlər Nazirliyinin (DİN) illik genişləndirilmiş kollegiya iclasında millətçilik, ksenofobiya, dini ədavət və zorakılıq təbliğatının qarşısının sərt şəkildə alınmasını tələb edib.
«Ekstremizmlə mübarizəyə ən ciddi diqqət yetirmək lazımdır. Millətçilik, ksenofobiya, dini ədavət və zorakılıq təbliğatının qarşısının sərt şəkildə alınmasını, təxribatçıların məsuliyyətə cəlb olnmalarını xahiş edirəm. Onlar özləri qaçırlar, gizlənirlər, onları tutanda isə peşiman olduqlarını deyirlər, insanları isə huquqpozmalara təhrik edirlər» - prezident bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Rusiyada xarici miqrasiya ilə bağlı situasiya daha qayda-qanunlu və şəffaf olub, ancaq risklər qalır - kriminalların əmək miqrantları mühitinə nüfuz etməsinə qədər.AzPolitika.info
Tarix: 4-03-2021, 08:59
Xəbəri paylaş



Xəbər lenti