Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Texas ştatında gələn həftədən etibarən maska da daxil olmaqla bütün koronavirus qadağalarının ləğv ediləcəyi bəyan edilib.
ABŞ Prezidenti Cozef Bayden koronavirus tədbirlərinin davam edilməsinin zəruri olduğunu bildirdiyi halda, Texas ştatının qubernatoru Qreq Abbott inanılmaz bir qərar imzalayıb. Vali dünən axşam verdiyi açıqlamada Texasda maskadan istifadə edilməsinin ləğv ediləcəyini və müəssisələrin gələn həftədən tam gücü ilə yenidən açılacağına icazə veriləcəyini bildirib. Respublikaçılar partiyasının üzvü olan Abbott deyib:
“Artıq Texası 100% açmağın vaxtı gəlib”.Texasda verilən qərar Miçiqan, Luiziana və Missisipi kimi digər ştatlarda da dəstəklənib. Qərar martın 10-dan etibarən qüvvəyə minəcək. Daha maska taxmayan şəxslər cəzalandırılmayacaq. Abbott “Tvitter” şəbəkəsindəki mesajında yazıb: “
Qarşıdakı həftədə 7 milyondan artıq peyvənd ediləcək. Həftədə 1 milyon nəfərə peyvənd edilir. Təkcə bu gün 216 000 peyvənd edilib. Yaşlı adamların 50%-dən çoxu peyvənd ediləcək. Yoluxma sayı son 4 ayda ən aşağı səviyyədədir” .
Tarix: 3-03-2021, 23:46