Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub.Cebhe.info xəbər verir ki, bu barədə “Anadolu”agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Fransa arasında əlaqələrin ciddi potensialının olması ilə bağlı inamını ifadə edib. Türkiyə rəhbəri qeyd edib ki, iki ölkə Avropadan Qafqaza, Orta Şərqə və Afrikaya qədər uzanan geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə əhəmiyyətli töhfə verə bilər. Terror təşkilatlarına qarşı mübarizədə ölkələrin, vətəndaşların təhlükəsizliyi ilə bağlı birlikdə atılacaq addımlar var.
Tarix: 3-03-2021, 10:25