Ermənilər rus blogeri parçalamağa çalışırlar: “Bu, dəhşətdir!” – VİDEO
Halbuki, Romanov Ermənistanla bağlı materiallaryayanda yaxşı oğlan idi…
Fevarlın 26-da Azərbaycan ictimaiyyəti Xocalı faciəsinin 29-cu ildönümünü qeyd etdi. Azərbaycanın müasir tarixinin ən qanlı səhifələrindən birinin unudulmaması, tanınması ölkəmizin xarici siyasət vəzifələrindən birinə çevrilib.
Azərbaycan soyqırımı baş verdiyini elan edərək, dünyada “Xocalıya Ədalət” kampaniyası aparır. Xocalı faciəsi dünyanın on ölkəsində və ABŞ-ın 21 ştatında qəbul edilmiş qanunvericilik aktları ilə tanınır və qeyd olunur. Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyəti tərəfindən törədilən bu cinayətə hüquqi qiymət verilməsini, habelə Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb olunmasını və bunun bir soyqırımı faktı kimi tanınmasını tələb edir.
İndiyə qədər erməni təbliğatı Xocalı faciəsinin azərbaycanlıların özləri tərəfindən törədildiyini iddia edir. Üstəlik, bu qırğını təşkil edənlər özləri dolayı yolla cinayəti etiraf edirlər. Məsələn, o zaman erməni dəstələrinə rəhbərlik edən keçmiş Ermənistan Prezidenti Serj Sarkisyan BBC-nin müxbiri Tomas de Vaala verdiyi bir müsahibəsində “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdülər, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyəcəklərini hesab edirdilər. Bunu (stereotipi) pozduq. Bu oldu” – sözləri ilə ermənilərin Xocalının dinc əhalisini məhv etdiyini etiraf etdi.
Bunu daha sonra Qarabağda məhv edilmiş tanınmış beynəlxalq terrorçulardan biri Monte Melkonyanın qardaşı və arvadı tərəfindən ABŞ-da nəşr olunan bir kitabdan alınan məlumatlar da sübut edir. Bu faktlara baxmayaraq, erməni tərəfi Xocalı faciəsindəki günahını rədd edir.
Erməni təbliğatının informasiya müharibəsinin bu istiqamətini uduzması tamamilə aydındır. Azərbaycanın səyi sayəsində hər il daha çox insan Xocalı faciəsi haqqında məlumat alır. Belə ki, ötən gün onlardan biri, ABŞ-da yaşayan azərbaycanlı bloger İsmayıl Cəlilovun proqramında iştirak edən, Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən rus bloger Aleksey Romanov oldu.
“Şəxsən mənim üçün Xocalı faciəsinin tarixi Ermənistan-Azərbaycan münasibətlərini araşdırmağımdakı ilk dönüş nöqtələrindən biri oldu. Düzgün sözlər tapa bilmirəm, amma indi Azərbaycan tamaşaçıları bizi izləyirsə, onlara təəsüfümü çatdırıram. Xocalıda baş verənlər çox dəhşətlidir...”, - Romanov bildirdi.
Rusiyalı blogerin bu sözləri erməni sosial media istifadəçiləri tərəfindən ona qarşı çoxlu təhqirlərə səbəb oldu. Romanov nəinki təhqir olundu, həm də satqınlıqda günahlandırıldı.
Rus blogerlə olan bu hadisədən belə məlum olur ki, Romanov Ermənistanla bağlı videohesabatlarını dərc edəndə, ermənilərin gözündə yaxşı oğlan idi. Və azərbaycanlılara başsağlığı verən kimi avtomatik olaraq onların gözündə satılmış bir bloger oldu. Qondarma mif dünyasında yaşamaq və kimsə Azərbaycanın lehinə danışırsa, deməli, o, artıq düşməndir - təəssüf ki, erməni məntiqi belədir.