Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...


Moskva, RusiyaMoskva, Rusiya

Qərbin Rusiyanı cəzalandırmaq üçün əsas silahı sanksiya tətbiq etmək ehtimalıdır. Hər dəfə demokratiya prinsiplərinin, insan haqlarının pozulması zamanı bu cəza aləti gündəmə gəlir. Amma Rusiyanın da bundan çox qorxmadığı hiss olunmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, “Huffington Post” sanksiya mövzusunda yazı hazırlayıb. Harvard Universitetinin Devid Mərkəzinin əməkdaşı Benedikt Berne Rusiyaya qarşı məlum cəza növünün nə dərəcədə effektli ola biləcəyindən yazıb.
Berne qeyd edib ki, indi Qərb, xüsusilə Avropa İttifaqı sanksiyaların nə qədər işə yaraması haqda düşünməlidir. Çünki 2014-cü ildə tətbiq olunan iqtisadi sanksiyalar Kremli qorxutmamışdı.
“Ona təqib qanunlarını işə salmağa, təhlükəsizlik qüvvələrini gücləndirməyə, müxalifəti Qərb dövlətlərindən dəstək almaqda ittiham etməyə, liderləri tutmağa, 2021-ci ilin sentyabrında keçiriləcək parlament seçkiləri ərəfəsində istənilən müqavimətin qarşısını kəsməyə heç nə mane olmur. Qərb dövlətlərinə qarşı aqressiv ton da dəyişməyib. Pul ehtiyatlarının çoxluğu, Suriyada, Liviyada, Azərbaycan və Ermənistan arasındakı münaqişələrdə uğura inam Kremlə Qərbin Rusiyanın daxili işinə qarışmasıyla barışmamağa zəmin yaradır”.
Berne yazır ki, Avropa İttifaqı iqtisadi sanksiyaların istiqaməti barədə ciddi düşünməlidir. Burada neft-qaz sektoru, xüsusilə “Şimal axını-2” layihəsi müzakirə tərəfi olmalıdır.
“Belə sanksiyalar iki səbəbdən mübahisəli sayılır. Hər şeydən əvvəl bir neçə Avropa ölkəsi Rusiya neftinin və qazının müştərisidir. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Fransa və Almaniya hələ də “Şimal axını-2” layihəsini dəstəkləyir. Böyük valyuta ehtiyatları və xarici ticarət siyasəti Rusiyaya lazımi müqavimət imkanları yaradır”.
“Huffington Post”un yazısında qeyd olunub ki, Polşa, Baltikyanı ölkələr Rusiyaya qarşı daha prinsipial mövqe nümayiş etdirir. Fransa ilə Almaniya isə “biz Rusiyanı Çinin qucağına itələməməliyik” deyir.
“İstənilən halda Avropa İttifaqı Kremllə ümumi maraqlara xidmət edən fəal dialoqdan imtina etməməlidir. Xüsusilə silahlanmaya nəzarət, iqlim problemləri, İranla danışıqlar, Avropanın hərbi təhlükəsizliyi məsələləri nəzərə alınmalıdır”.
Berne yazır ki, nəhayət, Avropa İttifaqı Kremli Rusiya cəmiyyətindən fərqləndirməyi bacarmalıdır. Ümumiyyətlə, yazıda Rusiya ilə sərt davranışın effekt verməməsi ovqatı hiss olunur. “Rusiya Avropaya məxsusdur” ifadəsi də yersiz işlədilməyib. Yəni Kremllə yeni dildə danışmaq lazımdır.
Tarix: 1-03-2021, 22:27
Xəbəri paylaş



Xəbər lenti