Gürcüstan COVAX-ı məhkəməyə verə bilər

“Gürcüstan COVAX platformasına qarşı məhkəmə iddiası qaldıra bilər”.
 
Modern.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, buna səbəb təsisatın bu vaxta qədər Gürcüstanın koronavirus əleyhinə peyvənd əldə etməməsi ilə bağlı yerli mətbu orqanına təqdim etdiyi cavabdır.
Nazir COVAX-yə izahat üçün müraciət ünvanlandığını qeyd edib.
E.Tikaradze deyib ki, müxalifət platformanın cavabından ölkədəki gərginliyin eskalasiyası üçün istifadə edir.
 
Qeyd edək ki, bu gün COVAX Gürcüstanın mətbuat orqanlarından birinin sorğusuna cavab olaraq bildirib ki, fevral ayında vaksin onların meyarlarına cavab verən ölkələrə göndərilib. COVID-19-a qarşı peyvəndin Gürcüstana fevral ayının sonlarında çatdırılacağı gözlənilirdi (report).
Tarix: 1-03-2021, 22:09
Xəbəri paylaş



Xəbər lenti