"Nəşnl İnterest": "Rusiya yeganə ölkədir ki, ABŞ-ı məhv edə bilər"



Niyyətindən asılı olmayaraq, Rusiya Amerika üçün vacib ölkə olaraq qalır. Rusiya dünyada yeganə ölkədir ki, Birləşmiş Ştatları fiziki cəhətdən məhv edə bilər. Təbii ki, bu, Rusiyanın özünün də məhvi ilə nəticələnəcək.
 

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Nəşnl İnterest" nəşri məqalə dərc edib.
 
Nəşr yazır ki, Rusiyanın üzləşdiyi iqtisadi məhdudiyyətlər, etibarlı müttəfiqlərin olmaması və demoqrafik problemlər Vladimir Putinin və məsləhətçilərinin ABŞ-la rəqabətin "çox bahalı" olduğunu anlamaqlarını təmin edir. Sovet İttifaqından fərqli olaraq, Rusiyanın nə ideologiyası var, nə də qatı düşmənlərin olmasını tələb edən ictimai şövqü:
 
"Başqa sözlə, Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin gələcəyi Amerikanın seçimidir və bu, Bayden Administrasiyasının öz fundamental maraqlarını müəyyənləşdirməsindən asılı olacaq".
 
Məqalədə bildirilir ki, əgər Birləşmiş Ştatlar danılmaz hegemonluqdan başqa heç nəyə razılaşmırsa, Rusiya, şübhəsiz ki, onlara meydan oxumağa hazır olan ciddi maneə rolunu oynayacaq.

Tarix: 1-03-2021, 21:52
Xəbəri paylaş



Xəbər lenti