Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini prezident Armen Sarkisyana üçüncü dəfə göndərib. Neqativ.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb: “Baş nazirin sərəncam layihəsini geri qaytarması yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyadır”.
Hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Vaan Ovakimyan prezidentə impiçment göstərilməsinin mümkünlüyünü bildirib.
“Report”
Tarix: 1-03-2021, 14:34