Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası prezident Armen Sarkisyana qarşı impiçment prosesini nəzərdən keçirir.Unikal.org xəbər verir ki, bu barədə fraksiya üzvü, deputat Vahaqn Hovakimyan "Facebook" səhifəsində yazıb. Buna səbəb Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı Paşinyanın sərəncam layhəsini imzalamaqdan imtina etməsi göstərilir.
Hovakimyana görə, Konstitusiyanın 139-cu maddəsinə əsasən Prezident fərman layihəsini etiraz olaraq geri qaytarmaq hüququna malikdir. İlk baxışdan Sarkisyanın sərəncam layihəsini baş nazirə qaytarmaqla səlahiyyətlərindən istifadə etdiyi görünə bilər. Ancaq bu əslində belə deyil.
"Prezident sərəncam layihəsini özbaşına olaraq onları təklif edən orqana qaytara bilməz. Konkret olaraq, bu situasiyada baş nazir səlahiyyətləri daxilində (Konstitusiyanın 155-ci maddəsi) Baş Qərargah rəisinin istefasını təklif edib. Ən emosional təsəvvürə sahib olar insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala və vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar".
Tarix: 28-02-2021, 22:44