Arpine Ovannisyan: “Darıxmayın, bunların axırına az qalıb”


Ermənistanın keçmiş ədliyyə naziri, Serj Sərkisyana yaxın isimlərdən sayılan Arpine Ovannisyan Nikol Paşinyan hökumətini sayılı günlər qaldığını iddia edib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, Facebook səhifəsində tərəfdarlarını dözümlü olmağa səsləyib.
“Hazırda əsəblər mübarizəsi gedir. Lənətə gəlmiş təslimçinin isə möhkəm əsəbləri yoxdur. Elə Onik Qasparyanın məlum bəyanatdan cəmi bir neçə saat sonra istefaya göndərilməsi də bunu göstərir. O, heç bir düşüncəyə varmadan, özünə xas isterik şəkildə ya gizləndiyi bunkerdən, ya da Sevandakı (Göyçə gölü-red.) bağ evindən hadisəyə bu cür reaksiya verdi. Elə ona görə də prezident Armen Sarkisyan qərarın anti-konstituson xarakterinə görə konstitusiya məhkəməsinə müraciət edib.
Artıq Milli Təhlükəsizlix Xidmətinin direktoru və baş prokurorun sayılı günləri qalıb... Sayılı günlər. “Məxməri inqilab” sözün əsl mənasında bitir. Dözün, lap az qalıb”,-deyə keçmiş ədliyyə naziri yazıb.
Tarix: 28-02-2021, 09:18
Xəbəri paylaş



Xəbər lenti