ABŞ Kəşfiyyatı: Səudiyyə Əərbistanının vəliəhd şahzadəsi Camal Xaşuqçinin tutulması və ya öldürülməsi əməliyyatını təsdiqləyib



Cümə günü ABŞ kəşfiyyatının Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistan arasındakı əlaqələrinə ziyanı məhdudlaşdıran şəkildə açıqladığı hesabatında bildirilib ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2018-ci ildə qətlə yetirilən jurnalist Camal Xaşuqçinin tutulması və ya öldürülməsi əməliyyatını təsdiqləyib.
ABŞ sakini olan və The Washington Post qəzetində vəlihəd şahzadənin siyasətini tənqid edən köşə yazıları yazan Camal Xaşuqçi krallığın İstanbuldakı konsulluğunda vəliəhdlə əlaqəsi olan əməliyyatçı qrupu tərəfindən öldürülüb.
Rəsmi Riyad Səudiyyə Ərəbistanının de fakto lideri olan vəlihəd şahzadənin əməliyyatla hər hansı bir əlaqəsini rədd edib.
ABŞ Milli Kəşfiyyat İdarəsinin saytında yerləşdirilən hesabatda deyilir ki, “Biz Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Türkiyənin İstanbul şəhərində səudiyyəli jurnalist Camal Xaşuqçini tutmaq və ya öldürmək üçün bir əməliyyatı təsdiqlədiyi qənaətinə gəlmişik”.
Məlumatda həmçinin bildirilir ki, “Bizim bu dəyərləndirməmiz Şahzadənin krallıqda qərarların verilməsindəki roluna, Məhəmməd bin Salmanın əsas məsləhətçisinin və qoruyucularının bu cür detallı əməliyyatda birbaşa iştirakına, və Xaşuqçi də daxil olmaqla vəliəhd şahzadənin xaricdəki müxalifləri susdurmaq üçün şiddətli tədbirlərdən istifadəyə dəstəyinə əsaslanır”.
ABŞ Prezidenti Co Bayden hesabatı icitmaiyyətə açmaqla sələfi Donald Trampın 2019-cu il qanununa zidd olaraq hesabatın yayımlanmasının qarşısını almasından fərqli bir yol tutub. Bu isə ABŞ-ın krallığa qarşı insan haqlarından tutmuş Yəməndəki müharibəyə qədər bir çox məsələlərdə meydan oxumaq niyyətinin olduğuna işarə edir.
Bununla birlikdə, Bayden regional rəqibi İranla 2015-ci ildə imzalanan nüvə anlaşmasını canlandırmağa və islamçı ekstremizmə qarşı mübarizə aparmağa, eləcə də ərəb-İsrail əlaqələrini inkişaf etdirmək də daxil olmaqla digər problemləri həll etməyə çalışdığı bir vaxt krallıqla əlaqələrini qorumaq üçün incə xətt üzərində addımlayır.
Rəsmi Vaşinqton eyni zamanda məsələnin əks-təsirini yumuşaltmağa çalışıb. Belə ki, Bayden cümə axşamı şahzadənin 85 yaşlı atası Kral Salmanla telefon söhbəti aparıb və həmin telefon danışığı zamanı hər iki tərəf onilliklərdir davam etdikləri ittifaqı və əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.
ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan və ictiamiyyətə açıqlanan bu hesabat Trampın 2018-ci ildə Konqres üzvləri ilə Camal Xaşuqçinin qətli ilə bağlı paylaşdığı gizli hesabatın bir nüsxəsidir.
Trampın o zaman millət vəkilləri və insan haqları qruplarının hesabatın məxfi versiyasını yayımlamaq tələbini rədd etməsi onun İranla gərginliyin artması fonunda Riyadla əməkdaşlığı qorumaq və ABŞ-ın krallığa silah satışını artırmaq istəyini əks etdirdi.
Amerikanın səsi
Tarix: 28-02-2021, 08:47
Xəbəri paylaş



Xəbər lenti